Heyz olan qadınlar oruc tutmadığı günlərin qəzasını ramazandan sonra tutmalıdırlarmı?

    13.07.2014
Kimdən: 
Sabina
Sual: 
Salam.Namaz ve oruclariniz qebul olsun Inwaallah.Qadinlar hayz zamaninda tutmadiqlari oruclarin qezasini bawqa gunlerde tutmalidirlarmi?
Cavab: 

Aleykum salam. Bəli, qadınlar heyz (aybaşı) olduqları müddətdə tutmadıqları günlərin sayı qədər Ramazandan sonra oruc tutmalıdırlar: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184).

Paylaş: