Kəbinim mənim iştirakım olmadan kəsilib, yenidən kəbin kəsdirməliyəmmi?

    13.07.2014
Kimdən: 
Rashad
Sual: 
Salamaleykum .Mən evlenerken dini biliklerim az idi.Atam mescidde mollaya biz olmadan kebini baglayib.Daha sonra menim islami oyrenmeye bashlamisham,Bu ne derecede duzdur? Men yeniden kebin etmeliyemmi? Ve eyer bele olarsa menim munasibetlerim zina sayilirmi? Cox sagolun
Cavab: 

Aleykum salam. İnşallah bu işdə sizə günah yazılmaz, çünki bu, bilməyərəkdən olub. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: "Uca Allah ümmətim üçün səhvən, (cahillikdən dolayı) unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır".
Səhabələr də islama gəldikdən sonra, islamdan əvvəlki nigahlarını təzələməyiblər və Peyğəmbər də onlara bununla bağlı bir söz deməyib. Əksinə Allah Təala insanın keçmişdə bilməyərəkdən etdiyi günahlarını haqqı öyrənib, tövbə edib peşman olduqdan sonra savabla əvəz edir: "​Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!" (əl-Furqan, 70).
Yenə də istəsəniz kəbininizi təzələyə bilərsiniz, ancaq bu, əvvəlki kəbinin hökmünün ləğvi demək deyil.

Teqlər: 
Paylaş: