Günah və haramın fərqi varmı?

    15.07.2014
Sual: 
gunah ve haramin ferqi varmi ve nelerdir?
Cavab: 

Salam aleykum.
Uca Allahın və Onun Elçisinin qadağan etdikləri, çəkindirdikləri və günah olduğunu bildirdikləri bütün əməllər haramdır. Alimlər haram əməllərə belə tərif vermişlər: "Allah üçün tərk etdikdə savab olan, əməl edildikdə isə günah olan bütün əməllər haram sayılır".
Bəzi haram əməlləri edənlər Quran və hədislərdə ya Cəhənnəm əzabı, ya lənət, ya da bu dünyada müəyyən cəza ilə hədələnirlər. Bu növ haram əməlləri edənlər böyük günah etmiş olurlar. Məsələn, namazı tərk etmək, zina etmək, içki içmək, oğurluq etmək və s.
Elə əməllər də var ki, bu əməllər haram olsa da, onu edənlər Quran və hədislərdə hər hansı bir cəza ilə hədələnməyiblər. Bu qisim haram əməlləri edənlər isə kiçik günah qazanmış olurlar. Qeyd edək ki, kiçik günahlara fikir verməyib davamlı etmək də böyük günah sayıla bilər.
Günah isə məna baxımından daha ümumi olub, Allahın vacib etdiyi əməlləri tərk etmək (məsələn, namaz qılmamaq) və ya Allahın qadağan etdiyi əməlləri etməyi bildirir. 
 

Paylaş: