Burundan qan gəlsə oruc pozulurmu və ərin qadını oruc tutmağa qoymaması
Aleykum salam. Burundan qan gələrsə, oruc pozulmur. Orucu pozan amillərlə bağlı daha ətraflı "Ramazan orucu" məqaləsini oxuya bilərsiniz.
Əri qadını oruc tutmağa qoymursa, günahı ən çox mane olan (əri) olan qazanır. Qadın gərək ona qulaq asmasın, oruc tutsun, çünki günah işlərdə ərə itaət etmək olmaz. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda məxluqa itaət edilməz".
Peyğəmbərin bu və digər hədislərinə əsasən həyat yoldaşı və hətta valideyn kimi insana ən yaxın adamlar Uca Allaha asilik etməyi buyursa belə onlara itaət etmək olmaz. Lakin dinimizə görə qadın nafilə (sünnə) orucları ərindən izinsiz tutmamalıdır. Amma fərz, yəni ramazan orucu buna aid deyil.
Yoldaşınıza gözəl tərzdə nəsihət edərək başa salın ki, onun bu işdə sizə mane olmağa ixtiyarı yoxdur. O belə etməklə, birbaşa Uca Allahın haqqına girməklə günah qazanmış olur.