Peyğəmbərlərin həyatı ilə bağlı hansı kitab yaxşıdır və oruc barədə

    16.07.2014
Sual: 
salam menim iki sualim olacaqdi.1-oruclu insan 4saatliq evinden uzaga getse,axsam namazi vaxtlarina yaxin qayitsa,ve orda selale suyula basi biraz islansa bunlar orucu poza biler?bide orucluiken nece kilometr uzaga getmek olar? 2-peygəmbərlərin həyatini oyrenmek ucun hansi kitabi meslehet gorerdiniz.cox sagolun
Cavab: 

Aleykum salam. Ümumiyyətlə başı islatmaq, başı suya salmaq və ya çimmək orucu pozmur.
Oruclu ikən nə qədər ehtiyac varsa, o qədər məsafəni gedə bilərsiniz. Bunun üçün şəriətdə bir hədd və ya ölçü təyin olunmayıb.
Məhəmməd peyğəmbərin (salallahu aleyhi və səlləm) həyatını öyrənmək üçün ən yaxşı kitablardan biri əl-Mubarək Furi'nin "ər-Rahiq əl-Məxtum" kitabıdır. Azərbaycancaya tərcümə olunub. Sarı üzlü, adı "Həzrət Peyğəmbərin Həyatı" olan kitabdır. Rus dilinə də tərcümə olunub. Həmçinin İbn Kəsir əd-Dəməşqinin "Peyğəmbərlərin həyatı" adlı kitab da məsləhət görülür. Həmin kitab da Azərbaycan dilinə tərcümə olunub. Tünd qırmızı üzlü, qalın kitabdır.

Teqlər: 
Paylaş: