Ailəli qadın uzaq qohumu ilə dostcasına mesajlaşa bilərmi?

    18.07.2014
Sual: 
Salam.sualim beledi meselcun bir evli qadincun dosd yana bir uzag uzag qohumu ile mesjlaşmag gunah sayilir??pis meqsedle yazişmag yoxda sadece hal ehval tutmagcun.gunah sayilir???onceden cvb çun tşk edirem.
Cavab: 

Aleykum salam. İlk öncə onu deyək ki, islamda qadınla kişinin dostluğuna icazə verilmir, çünki bu çox vaxt günahlara aparıb çıxarır. Uca Allah naməhrəmə hətta baxmağı belə qadağan edərək buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, naməhrəmə baxmasınlar, ayıb yerlərini zinadan qorusunlar və ya örtülü saxlasınlar. Bu onlar üçün ədəb-ərkan, təmizlik baxımından daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Həmçinin mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar...". (ən-Nur, 30-31) .
Uca Allah həmçinin buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Zinaya yaxınlaşmamaq üçün isə, ona aparan yollardan da uzaq olmaq lazımdır. Bu səbəblərdən qadının özünə naməhrəm olan kişi ilə hətta qohum olsa belə təklikdə və ya telefon, internet və ya digər vasitələr ilə yazışması, söhbət etməsi günahdır. Müsəlman olan şəxs şeytanın "bu münasibətlər dostluq, qohumluq əlaqələri möhkəmlənir, öyüd-nəsihət və digərlərinə kömək etmək məqsədi daşıyır" və s. kimi vəsvəsələrinə aldanmamalıdır. 

Teqlər: 
Paylaş: