Bəlğəmi udmaq orucu pozurmu?

    19.07.2014
Kimdən: 
Arzu
Sual: 
Salam. Mən çox ehtiyat edirəm orucu pozan amillərə. Amma nədənsə səhər duranda boğazımı təmizlədim, tüpürdüm, amma sonra ağız boşluğumdakı, daha doğrusu dilimin arxasında idi (yəni dilimin kökündə idi, ağzımın tam ortasında deyildi) bilə-bilə uddum. Heç özüm də bilmirəm bu ağılsız hərəkəti niyə etdim. Çox pisəm, orucumu pozmayacam, ehtiyata qəzasını da qılacam inşallah. Amma yenə də bir soruşum dedim, bəlkə batil olmamasına ümid var?
Cavab: 

Aleykum salam. Bəlğəmi udmaq orucu pozmur. Həmininin dəstəmaz zamanı və ya dişləri fırçalıyan vaxt bilmədən boğaza su gedərsə də orucu pozmur. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi? 
Qəzasını tutmağa heç bir lüzum yoxdur.

Teqlər: 
Paylaş: