Ərimlə dalaşarkən ona dediyim sözlərə peşman oldum, nə edim?
Sual:
Salam.men yoldasimla dalasdim.eslinde bir birimizi cox sevirik ve hormet edirik.men de dindar xanimam.amma niye ele oldu bilmirem..men mubahise zamani ona bele sozler dedim...Ramazan gununde meni aglatdin. Allah herseyi gorur.Yetimin ahi yerde qalmir.Allah ozi holsin dedim..Biz barisdiq
amma yoldasimin o sozler yadindan cixmir.men de cox pesmanam.Ne edim.mene yol gosterin...Onu heqiqeten cox sevirem
Onun pis olmagini esla istemirem...men cox pesmanam o sozlere gore.cox....
Cavab:
Aleykum salam. Sizin bu hadisədən sonra peşman olaraq halallaşıb barışmanız dinimizə görə təqdirə layiq haldır. Əgər barışmısınızsa və bir-birinizə haqqınızı halal etmisinizsə, digər şeylərə fikir vermədən unudun.