Oruclu ikən saça rəng qoymaq olarmı və digər suallar
Sual:
salam.orucluyken saca boya qoydurmaq olar? oruc olanda bogazimdan bezen qan gelir bilmeyerekden udmaq orucu pozur?men bir meclise gedesiydim ona gore evvelden hemin gunun orucun tutmadim,amma sonra bildim ki sehv etmisem men ne edim.
Cavab:
Aleykum salam. Oruclu ikən saça boya qoydurmaq olar. Bilməyərəkdən boğazdan gələn qanı udmaq orucu pozmur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". Həmçinin oxuyun: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?
Hansısa hadisəyə görə qəsdən oruc tutmamaq günahdır. Buna görə tövbə edib həmin günün qəzasını tutmaq lazımdır.