Allah əvvəlcədən bəndənin Cəhənnəmə düşəcəyini bilirsə, onu niyə yaradır?

    25.07.2014
Sual: 
Bilirik ki,Allah hər şeyi əvvəlcədən görən və biləndir,Allah yaratdığı bəndəsinin yaratmamışdan cəhənnəmlik olduğunu bilir deməli,bəs onu niyə yaradır?Əzab çəksin deyə?
Cavab: 

Salam aleykum. Allahın insanın yaratmasında məqsəd onu Cəhənnəmə salmaq yox, insanın Ona ibadət etməsidir. Allah əvvəlcədən insanın Cəhənnəmə düşəcəyini bilsə də, insan Cəhənnəmi öz əməlləri ilə, öz günahlarına görə qazanır. Halbuki həmin insan dünyada ona verilmiş möhlət ərzində Allahın əmrinə təkəbbür göstərməsə idi, Onun təkliyini qəbul edib şərik qoşmasa idi və Allaha ibadət etsə idi, əbədi nemətlər diyarı Cənnəti qazanmış olardı. Uca Allah buyurur: "Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir". (Fussilət, 46).
Həmçinin oxuyun: Qədəri bəhanə gətirənlərə cavab

Teqlər: 
Paylaş: