İsa Allahın oğludurmu?
Aleykum salam. Əsla, İsa Allahın oğlu deyil. Bunu iddia edən xaçpərəstlər bu sözlərinə görə kafir oldular. Uca Allah buyurur: "(Ya Peyğəmbər!) De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur". (əl-İxlas, 1-4).
Həmçinin buyurur: "Yəhudilər: "Üzeyr Allahın oğludur", xaçpərəstlər də: "Məsih (İsa) Allahın oğludur", - dedilər. Onların ağzında gəzən bu sözlər daha öncə küfr edənlərin ("mələklər Allahın qızlarıdır" - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (yalana uyub haqdan) döndərilirlər! Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!" (ət-Tövbə, 30-31).