Oruc tutmayıb oruc tutan insanları iftar sufrəsinə dəvət etmək savabdır?
Salam aleykum. Zeyd ibn Xalid əl-Cuhəninin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim oruc tutana iftar verərsə, həmin şəxsə oruc tutanın savabı qədər əcr yazılar. Üstəlik bundan dolayı oruc tutanın savabından heç nə əskilməz". (İmam Əhməd, 17074; ət-Tirmizi, 807; İbn Məcəh, 1746).
Amma bu o demək deyil ki, iftar verən şəxs oruc tutmaqdan azaddır. Uca Allah oruc tutmağı üzürlü səbəb olmayan hər kəsə vacib buyurmuşdur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə, 183).
"(Oruc tutmaq) sayı müəyyən olan günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184).