Başörtüsü hara qədər bağlanmalıdır?
Sual:
Salamun aleykum, bezi qadinlar basortulerini cenelerini ortecek derecede baglayirlar. Basortusu hardan baglanmalidir? Etrafli cavab versez sevinerem. Onceden tesekkurler. Allah razi olsun
Cavab:
Aleykum salam. Əslində onlar doğru edirlər, baş örtüsü çənənin altını da bağlamalıdır. Ayəyə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir. Uca Allah buyurur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)". (ən-Nur, 31).