Hicab geyinərkən topuqdan aşağı ayaq görünə bilər?
Sual:
Salamun aleykum, kecen defe tv-de prof.dr. Nihat Hatipoglu ayaglar topugdan asagi aciq qala biler dedi. Qurani Kerimin bezi tercumelerinde de el,uz ve ayaglarda aciq qala biler deye yazilib bezilerinde tek el ve uz . Hansi daha dogrudur?
Cavab:
Aleykum salam. Ən doğrusu Quran və Sünnədə buyurulanlardır. Quranda buyurulan ayələrə əsasən isə görünə bilən yerlər yalnız üz və əllərdir. Uca Allah buyurur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)". (ən-Nur, 31).