Bayram günü oruc tutmaq olarmı?
Aleykum salam. Rəsmi fətvaya əsasən Ramazan bayramı 29.07.2014 tarixinə düşür. İyul ayının 28-i oruc tutulmalıdır. İyulun 29-u isə, yəni bayram günü oruc tutmaq haramdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bayram günü oruc tutmağı qadağan etmiş, bu günlü sanki Allahın insanlara açdığı bir ziyafət süfrəsi olduğunu bildirmişdir. Uqbə ibn Amirin (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdə peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Arafa günü, Qurban bayramı günü və təşriq günləri biz Müsəlmanların bayramıdır. Bu günlər yemə-içmə və Allahı xatırlama günləridir".
Yenə bu mövzuda Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) də bu bir rəvayət nəql edilmişdir: "Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu iki gündə oruc tutmağı qadağan etdi: Bunlar Ramazan və Qurban bayramı günləridir".