Bilmədən sahur yeməyini vaxtından gec qurtarmaq orucu batil edirmi?

    31.07.2014
Kimdən: 
ELMAN
Sual: 
Salam. Ramazan ayiniz mubarek olsun. Sual. Men bu gun seher imsaka durub yemek yedim sonra saata baxanda gordum ki, saat 5-32-dir, lakin azan vaxti 5-07 idi. deme men saati (budilniki) sehv qurub durmusam, bele olan halda men hemin gunun orucunu tuta bileremmi? Onceden Size oz tesekkurumu bildirirem. Allah sizden razi olsun.
Cavab: 

Aleykum salam. Əgər bu əməliniz bilmədən olubsa, orucunuzu davam edin. İnşallah orucunuz səhihdir. Dinimizə görə bilmədən edilən xətalar üzürlü sayılır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari "Hudud", 22; "Talaq", 2; Əbu Davud "Hudud", 17; ət-Tirmizi "Hudud", 1; İbn Məcəh "Talaq", 15, №: 2043). 
"...Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın". (Əbu Davud, 2333).
 

Teqlər: 
Paylaş: