Hicab bağlayıb sonra açmışam, Allah məni bağışlayarmı?
Sual:
Mən hicab bağlamışdım, amma sonra hicabımı açdım, çünki ürəkdən bağlanmamışdım. Allah məni Ramazan ayında bağışlayar?
Cavab:
Salam aleykum. Allahın əmrlərini yerinə yetirərkən ürəkdən edib etməməyimizə fikir vermək lazım deyil. İnşallah, tezliklə yenidən hicab bağlayın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları xorasan dəvəsinin əyri güvəclərinə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar". (Hədis səhihdir).
Başqa bir hədisdə isə rəvayət olunmuşdur ki: "Cənnətin iyi beş yüz illik məsafədən gəldiyinə baxmayaraq, bu insanlar onu duymaz". (Muslim).