Cahil həyat yoldaşı dini yaşamağa mane olursa, nə etmək lazımdır?

    02.08.2014
Sual: 
momin incan cahille ailelidise ve cahil insan onun dinine imanina geyimine qarisirsa ve turkler demis kufr edirse bele halda meslehetiniz ne olar.axi insan dinini imanini alcaltmaq istemir.bunlari esitmek ve beleleri ile her defe kelle kelleye gelmeye artiq gucum qalmayib.meslehete ehtiyacim var.Allah razi olsun.
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). 
Ailə başçısı kişi olduğu üçün bu söz ilk növbədə ona aiddir. ِAbdullah ibn Ömərin (radıyəllahu anhumə) rəvayət etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi ailənin idarə edicisidir və etdiklərinə cavabdehdir". (əl-Buxari, 7138; Muslim, 1829).
Ər öz xanımına islamı yaşamağı və Allahın buyurduğu kimi geyinməyi əmr etmək əvəzinə, bunun əksini əmr edirsə, qadın buna tabe olmamalıdır. Çünki Əlinin (radıyəllahu anhu) rəvayətinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət etmək olmaz". (əl-Buxari, 7257; Muslim, 1840; İmam Əhməd "Musnəd" əsəri, 1098).
Qadın bu vəziyyətdə səbirli davranmalı və öz əxlaqı ilə ərinə nümunə olmalıdır ki, onda İslama qarşı rəğbət oyada bilsin. Qeyd etdiyiniz kimi "kəllə-kəlləyə gəlmək" yox, səbr etmək, səsi qaldırmamaq, cavab qaytarmamaq, hirsləndikdə Allahı zikr etmək (əuzu billəhi minəş şeytanir-racim) və s. dua və zikrləri demək və digər əxlaqi keyfiyyətləri özündə yaratmaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir!" (əl-Bəqərə, 153). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ərə itaət etmənin qadına Cənnəti qazanmaq üçün vasitə olmasını bildirərək buyurmuşdur: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər…". (İmam Əhməd, 1661).
Uca Allah başqalarını xəstəlik, kasıblıq, müsibətlər və s. vasitəsilə imtahan edir. Ola bilsin ki, bu da sizin sınağınızdır, elə isə bu sınaqdan yaxşı çıxaraq Cənnəti qazanmağa çalışın. Amma uzun müddət səbr etdikdən sonra da əriniz düzəlmirsə və dininizi yaşamağa ciddi mane olursa, bu halda boşanma tələb edə bilərsiniz.

Teqlər: 
Paylaş: