Uşaqları əzizləmək niyyəti qısa adlarla çağımaq olarmı?

    05.08.2014
Kimdən: 
Abu Ibrahim
Sual: 
Salam aleykum.Ibrahim adli usaği ezizlemek niyyeti ile Ibis, Fatimeni Fatos deyib cağirmaq olar?
Cavab: 

Aleykum salam. Əgər qısaltdığınız adlar məna baxımından küfr və ya pis ifadələr daşımayırsa, çağırmaq olar. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)". (Hucurat, 11).
Ayədən də məlum olur ki, yalnız pis adlarla və ləqəblərlə insanlara müraciət etmək olmaz.

Teqlər: 
Paylaş: