Qadınlar hicab geyinərkən ayaqları da örtülü olmalıdırmı?
Sual:
Assalamualeykum.Sualım belədirki hicablı xanımların ayaqlarının da örtülü olmasına dair bir dəlil varmı.çünki bəzi hicablı qadınlar yay olduğu üçün bəzən küçədə corabsız səndəllə ayaq yalın görürürk.bu nə dərəcədə doğrudur?inşəallah cavab yazardınız.Quran və sünnədə bununla bağlı dəlil varmı?
Cavab:
Aleykum salam. Qadınların ayaqyalın gəzmələri doğru deyildir. Çünki Quran ayəsinə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir. Uca Allah buyurur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)". (ən-Nur, 31). Həmçinin oxuyun: Qadın corabsız namaz qıla bilərmi?