Şəhvət hissindən qurtulmaq üçün tibbi müalicə almaq olarmı?
Sual:
Salam mən şəhvət hissindən qurtula bilmirəm.Nəfsimə tabe olub istimna edirəm və bu məndə alışqanlıq halına gəlib,buraxa bilmirəm.Bunun üçün müalicə almaq doğrudur?
Cavab:
Aleykum salam. İstimna etmək söylədiyiniz problemi həll etmir, əksinə şəhvət hissinin oyanmasına gətirib çıxardır. İlk növbədə bu problemin çarəsi evlənməkdir. Əgər evlənmək imkanı yoxdursa, əlacı oruc tutmaqdır. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (Səhih əl-Buxari, 5066; Səhih Muslim, 1400).
Hər bir halda həkimə müraciət etməyiniz məsləhət görülür.