Subay qız ətir vura bilərmi?

    05.01.2014
Sual: 
Salam aleykum. Bilirik ki, evli qadinin etir vurub evden chole chixmasi gunahdir. Diger bir kishi oz arvadindan bashqa heç bir qadinin iyini (qoxusunu) hiss etmemelilidir? Bes subay qiz da etir vurmamalidir? Zehmet olmasa bu sualimi cavablandirardiniz. Qabaqcadan teshekkur edirem. Allah razi olsun!
Cavab: 

Aleykum salam. İstər evli, istərsə də subay qadınlara naməhrəm olmayanların yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Amma küçəyə çıxarkən kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə ətirlənmək olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir". (ət-Tirmizi).

Paylaş: