Başqa millətdən və irqdən olan qadınlarla evlənmək olarmı?

    12.08.2014
Sual: 
as salanu aleykum. size bir nece sualim var. 1- muselman kisi qeyri muselman bir qadinla evlene biler? kafir olsa bele? 2- bir erkek bawqa milletden olan biri ile evlene biler? meselen bir turk çinli ile? agderili qaraaderili ile? indiden tewekkurler
Cavab: 

Aleykum salam. İslama görə millətlər və irqlər arasında fərq qoyulmur. İnsanların Allah tərəfindən millətlərə və irqlərə bölünərək fərqli yaradılması bir-birilərini tanımaları üçündür. Uca Allah buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". (əl-Hucurat, 13).
Evlənməyə gəldikdə isə müsəlman kişinin əhli-kitabın (xristian və yəhudilərin) namuslu qadınları ilə evlənməsinə icazə verilir. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!" (əl-Məidə, 5).
Digər kafirlərlə isə (məsələn, ateistlər, bütpərəstlər və s.) evlənmək qadağandır.

Teqlər: 
Paylaş: