Şənbə və bazar günləri oruc tutmaq olarmı?

    15.08.2014
Sual: 
Salam Aleykum. Mən bir videoda qulaq asmışdım ki, şənbə və bazar günləri oruc tutmaq olmaz. Bu doğrudurmu?
Cavab: 

Aleykum salam. Cümə günü ayrıca tutmaq bəyənilmir. Amma cümə axşamı ilə cümə gününü birləşdirərək oruc tutmaq olar. Həmçinin, tutmaq üçün müəyyən səbəb olduqda şənbə günündən başqa istənilən gündə oruc tutmaq olar. Şənbə günü isə yalnız Ramazan ayından qalan qəza oruclarını tutmaq oalar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şənbə günü, fərz oruclardan başqa oruc tutmayın. Əgər kimsə şənbə günü yeməyə üzüm tənəyindən, yaxud agac parçasından başqa bir şey tapmasa, onu çeynəsin (yəni, nə ilə olsa oruc olmadığını bildirsin)". (Əbu Davud, 2421, 2423; İbn Məcəh, 1726).

Teqlər: 
Paylaş: