Qəbirin üstündə ilanların olması nə anlamındadır?

    18.08.2014
Sual: 
qebirin ustunde ilanlar olmasi ne anlamindadi
Cavab: 

Salam aleykum. Doğrusunu Allah bilir. Kiminsə qəbirinin üstündə ilan görməklə o adamın qəbirdə əziyyət çəkməsinə hökm vermək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mömin bəndə dəfn ediləndə qəbir ona deyir: "Salam, xoş gəldin. Sən üstümdə gəzənlərin ən sevimlisi idin. İndi mənə verildin. Sənin üçün nə edəcəyimi görəcəksən". Sonra qəbir gözün gördüyü məsafə qədər genişlənir və Cənnətdən bir qapı açılır. Kafir və ya günahkar bir qul dəfn olunanda isə qəbir ona: “Sənə “xoş gəldin” düşmür və heç də xoş gəlmədin. Sən mənim üçün üstümdə gəzənlər arasında ən pisi idin. İndi mənə qayıtdın və mənə əmanət edildin. İndi sənə nə edəcəyimi görəcəksən", - deyir. Sonra da qəbir onu qabırğa sümükləri bir-birinə keçənədək sıxır".
Bu hədisi rəvayət edən Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) nəql etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) barmaqlarını bir-birinə keçirdi və belə buyurdu: "Allah ona qəbrində yetmiş ilan göndərir. Əgər onların biri yer üzünə üfürsə, dünya durduqca orada heç nə bitməz. O ilanlar həmin münkiri qeyri müsəlmanı haqq-hesab gününədək narahat edir, sancır”. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) dedi ki: "Qəbir ya Cənnətin bir bağçası, ya da Cəhənnəmin bir quyusudur". (ət-Tirmizi).

İlanla bağlı qəribə hadisə ərəb ölkələrinin birində baş verib. Bildirilir ki, bir gün Zərka şəhərində bir məsciddə cümə namazını qılırdıq. Bizimlə bərabər elm tələbələri və Kuveytli alim var idi. İnsanlar məsciddən çıxmışdılar. Biz isə orada oturmuşduq. Birdən bir qrup insan vahimə içərisində məscidə daxil olaraq: İmam harada, İmam harada” deyə səsləməyə başladılar. Kuveytli alimin yanına gələrək: "Şeyx, bizdən bir gənc bu gün qəza nəticəsində dünyasını dəyişmişdir. Qəbirini qazıdıqda içində bir ilan gördük. Biz bu ana qədər gənci dəfn edə bilməmişik. Nə edək?". Şeyx və biz də qalxıb qəbiristanlığa getdik. Qəbirə baxdıqda içində qıvrılmış bir ilan gördük. Başını içinə soxmuş, quyruğunu isə çölə çıxarmışdır. Gözü görsənirdi və insanlara baxırdı. Şeyx: "Buranı buraxıb, digər bir yerdə qəbir qazın" dedi. Təqribən 200 metr aralıqda qəbir qazdıq. Sona yaxınlaşdıqda həmən ilanı gördük. Şeyx: "O, biri qəbirə baxın” dedi. Baxdıq ki, orada olan ilan yerin altı ilə sürünərək bu qəbirdən çıxmışdır. Şeyx: “Üçüncü, dördüncü dəfə də qazsaq ilan çıxacaq. İlanı öldürməkdən başqa çarəmiz yoxdur" dedi. Dəyənək və Sopalar gətirildi. İlan isə qəbirdən çıxaraq çuxurun başında oturdu. İnsanlar vahimə içində geri çəkildilər. Toz qaldıraraq ölünün üstünə hücüm etdi. İlan adamın ayaqlarından başlayaraq başına qədər sarılıb dolandı. Sonra onu şiddətlə yerə çırpdı. Sümüklərinin qırılmasını eşidirdik. Toz yatdığı zaman qəbirə yaxınlaşdıq. İlan ölüyə dolanaraq dayanmışdı. Heç bir şey etmədik. Şeyx: "Üzərini örtün" dedi. Biz də torpaqla örtdük. Sonra ölənin atasının yanına gedərək oğlunun halını soruşdular. Atası: "Ata-anasına itaətkar bir gənc idi. Lakin namaz qılmırdı" dedi. ("Risalətu-l-Acilə" kitabı, səh: 46-50).

Paylaş: