Qadınların şalvar geyinməyi günahdır?

    04.01.2014
Sual: 
qadinlarin salvar geynimeyi gunahmi?
Cavab: 

Salam aleykum. Mümkün qədər çəkinmək lazımdır. Bəzi alimlərə görə, qadınlar üçün olan gen və bədən üzvlərini bildirməyən şalvar geyinmək olar. İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) özlərini qadınlara oxşadan kişiləri və özlərini kişilərə oxşadan qadınları lənətləmişdir". (Səhih əl-Buxari "Libas", №: 5546; ət-Tirmizi "Ədəb", №: 2784; Əbu Davud "Libas №: 4097; İbn Məcəh "Nikah", №: 1904; İmam Əhməd, 1/251).

Teqlər: 
Paylaş: