"Qadın qara qarğaya bənzəməyincə, cənnətə daxil olmaz" sözünün mənası nədir?
Aleykum salam. Əbu Davud (Allah ona rəhmət etsin) "Sunən" əsərində Ummu Sələmədən (Allah ondan razı olsun) belə rəvayət etmişdir. Ummu Sələmə demişdir: "…çarşabları ilə örtünsünlər". (əl-Əhzab, 59) ayəsi nazil olduğunda Ənsari qadınlar (geyimlərindən dolayı) sanki başlarının üstündə qarğalar oturmuş kimi peyda oldular". (Sunən Əbu Davud; "Kitabul-Libas").
"əl-Mə'bud" əsərinin müəllifi Sunən Əbu Davudun şərhində bunu izah edərkən belə demişdir: "Onlar, örtükləri qara rəngdə olduğundan dolayı qarğalara bənzədilib".
Lakin qara rəng hicabın şərtlərindən deyil, bununla belə qara rəng daha yaxşıdır, çünki bu daha yaxşı örtür. Bəzi alimər də deyir ki, məqsəd qara geyinmək yox, ancaq qadının cazibədar, cəlbedici, şəffaf və dar geyinməmək şərti ilə ayrı rənglərdə geyinməsi də icazələdir.
Digər bir hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Ən xeyirli qadınlarınız Allahdan qorxduqları təqdirdə ərlərini sevən, çox uşaq dünyaya gətirmək əzmində olan, ərinə itaət edən və üzüyola olanınızdır. Ən pis qadınlarınız isə açıq-saçıq geyinən və forslananlardır, belələri münafiqlərdir. Onlardan yalnız ala qarğaya bənzəyənləri Cənnətə girəcəklər". (Sunən əl-Beyhaqi, 7/82; Səhih Hədislər Silsiləsi, 1849).
Ala qarğa qanadları ağ olandır. Bəziləri isə ayaqları ağ olandır. Bəziləri isə dimdiyi və ayaqları qırmızı olan qarğaların olduğunu demişlər. Bu cür təsvir olunan qarğalara çox az hallarda təsadüf olunur deyə hədis məhz onların misalı ilə müqayisə aparır