Qiyamət günü bəndələrdən soruşulacaq ilk suallar hansılar olacaq?

    18.08.2014
Sual: 
Assalamualeykum qiyamet gunu qulun ilk soruwulacagi suallar ne olacaq?
Cavab: 

Aleykum salam. Bu barədə müxtəlif hədislər var:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü bir şəxsin ilk hesab verəcəyi əməl namazlarıdır. Bu hesab doğru olarsa qurtulmuşdur. Bu hesab düzgün gəlməzsə o ziyan görəcəkdir. Əgər fərzlərindən əskiklik çıxarsa Uca Allah “Görün qulumun dəftərində nafiləsi varmı?”- deyə buyurar. Beləcə fərzidən əksik olanlar nafilələrlə tamamlanar. Sonra bu tərzdə olmaqla digər əməllər də hesabdan keçirilər” (Tirmizi).

"Şübhəsiz ki, Qiyamət günü bəndədən nemətlərdən ilk soruşulacağı Allahın ona: "Sənin bədənini sağlam etmədimmi və səni sərin su ilə bəsləmədimmi?" - deməsidir". (Tirmizi 3358, 3683, Tabərani «əl-Kəbir» 12289).

«Qul (qiyamət günü) dörd şey barəsində soruşulmayınca ayaqlarını heç yerə tərpətməyəcəkdir: «Ömrü barəsində – onu nəyə həsr etdi, əməli barəsində – nə əməl etdi, malı barəsində – haradan qazandı və haraya xərclədi, bədəni barəsində – onu nəyə istifadə etdi». (Tirmizi)

"Qiyamət günü bir qul (Allahın hüzuruna) gətiriləcək və Allah ona deyəcək: "Sənə qulaq, göz, mal və övlad vermədimmi? Həmçinin heyvanları və əkin yerlərini sənin ixtiyarına vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi? Bu gün Mənimlə görüşəcəyini güman edirdin? O: "Xeyr!" - deyə cavab verəcək. Allah ona deyəcək: "Məni unutduğun kimi, bu gün Mən də səni unuduram". (Tirmizi 2428, 2615).
 

Teqlər: 
Paylaş: