Yuxuda hicab bağladığını görmək nə məna verir?
Sual:
Salam men bu il instituta girdim,1 il evvel and icmisdimki instituta girsem namaza baslayacam,ve basladimda,yuxumda gormusemki sne deme soz veribmisemki hicaba kececem ve hicabla gezirem ama istemirem insanlar meni bele gorsun utaniram,gizlenirem sonra tanislarin yanina gelirem,ve deyiremki yox da men baglaya bilmerem eslinde cixartmaq da istemremki gunahdi ama cixardiram adamlarin yaninda,yuxunun menasi nedi,xahis edirem izah etseniz cox sevinerdim
Cavab:
Aleykum salam. Hicab Uca Allahın qadınlara vacib buyurduğu əməldir. Allahın əmrlərini yerinə yetirmək üçün isə insanlardan utanmaq olmaz. Uca Allah buyurur: "Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir". (əl-Bəqərə, 48).
İnşallah, tezliklə hicab bağlayın.