Günahkar müsəlman cəhənnəmə düşərsə, orada əbədi qalacaqmı?

    21.08.2014
Sual: 
selam aleykum. muselman Allaha inanir amma cox gunahi var cehenneme duserse orada ebedime qalir xahis edirem ki sualimi tez cavablandirasiniz
Cavab: 

Aleykum salam. Quran ayələrinə və səhih hədislərə görə cəhənnəmdə xalis kafirlər (Allahı inkar edənlər), müşriklər (Allaha şərik qoşanlar) və münafiqlərdən (özünü müsəlman kimi göstərib, əslində iman gətirməyənlər) başqa cəhənnəmdə heç bir günahkar bəndə əbədi qalmayacaq. Uca Allah buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur". (ən-Nisa, 48).

Paylaş: