Zarafat, ölüm və ölümə yəqinlik haqda
Aleykum salam. Ümumən məzəli söhbətlər etməkdə və zarafatlaşmaqda heç bir qəbahət yoxdur. Bir şərtlə ki, zarafat doğru olmalı, xüsusilə də çox edilməməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zarafat edərdi, lakin haqdan başqa söz söyləməzdi. Ancaq zarafat edərkən yalana yol verilərsə, bu qadağandır. Çünki peyğəmbər belə buyurub: "Yalan danışaraq insanları güldürənə vay olsun, vay olsun, vay olsun". (Əbu Davud, 4992, əd-Darimi, 2758). Həmçinin oxuyun: Rəsulullahın zarafatları
Quranda ölümün 12 dəfə adı çəkilmişdir. Ölüm insanın Allaha tərəf qayıdışıdır. Ölüm hamımızın sorağına gələcəkdir, bu dünyada elə bir məxluq yoxdur ki, əbədi yaşasın. Allahdan başqa hər şey fanidir. “Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (ər-Rahmən, 26-27).
"Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız". (əl-Cumə, 8).
"Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız". (əl-Ənbiya, 35).
İnsan bu həyatda yaşayıb öləcək və axirət aləminə daxil olacaq. Hamı Allaha tərəf qayıdacaq və Allah bizləri imtahana çəkəcək. Hamı öz əməlinin nəticəsini görəcək: "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır". (əl-Mulk, 2).