Cənnətə sorğu-sualsız daxil olanların vəsfi

    17.08.2014

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Ümmətimdən yet­miş min, yaxud yeddi yüz min nəfər, hamısı birdən Cənnətə daxil olacaq. On­la­rın üzləri on dörd gecəlik ay kimi gözəl olacaq”. (əl-Buxari, 3247).
Peyğəmbər, həmçinin, demişdir: “Ümmətlər mənə gös­tərildi. Mən bir və ya iki peyğəmbər gördüm, yanlarında bir neçə adam var idi. Hətta elə bir peyğəmbər də gördüm ki, yanında heç kəs yox idi. Hə­min vaxt mənə böyük bir toplum göstərildi. Mən soruşdum: “Bu nədir? Yox­sa bu mənim ümmətim­dir?” Mənə: “Bu, Musa və onun qövmüdür”– deyildi. Sonra da: “Üfüqə tərəf bax”– deyə əmr edildi. Mən orada bütün üfüqü tut­muş böyük bir toplum gördüm. Yenə dedilər: “Üfüqün burasına və bu­ra­sına bax!” Mən orada bütün üfüqü tutmuş böyük bir toplum gördüm. Mənə: “Bu sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sualsız Cənnətə gi­rəcəkdir”– dedilər. Bunu deyəndən sonra Peyğəmbər kimlərin sorğu-sualsız Cənnətə girəcəklərinə dair açıqlama verməyib evinə daxil oldu. Bu səbəbdən camaatın arasına ixtilaf düşdü və onlar dedilər: “Biz Allaha iman gətirmiş və Onun elçisinin ardınca gedən kimsələrik. Demək, o yetmiş min nəfər bizik, yaxud bu, müsəlman olaraq doğulmuş övladlarımıza aid­dir, çünki biz cahi­liyyə dövründə dünyaya gəlmişik.” Bu söhbət Peyğəm­bə­rə yetişdikdə o bayıra çıxıb dedi: “Bunlar özlərinə ovsun oxunmasını tələb et­məyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti hesab etməyən, mü­a­li­cə məqsədilə bədə­ninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kim­sələrdir.” Bu vaxt Ukkaşə ibn Mihsən dedi: “Mən onlardanammı, ya Rə­su­lullah?” Peyğəmbər: “Bəli”– dedi. Sonra başqa bir adam ayağa qalxıb: “Mən də onlardanammı?”– deyə soruşdu. Peyğəmbər dedi: “Ukkaşə səni qa­baqladı.” (əl-Buxari, 5705).
 

Paylaş: