Qeybət və kiminsə görünüşünə lağ etmək orucu pozurmu?
Salam aleykum. Ümumən qeybət etmək və ya kiminsə görünüşünü ələ salmaq böyük günahlardandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 11-12). Amma qeyd etdiyniz bu hal orucu pozmur. Sadəcə savabını azaldır. Odur ki, hər bir halda qeyd etdiyniz bu və buna bənzər əməllərdən çəkinmək lazımdır. Daha ətraflı:
Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?