Yuxuda rəhmətə getmiş nənəmin əzab çəkdiyini görmüşəm

    27.08.2014
Kimdən: 
NURAY
Sual: 
MEN NAMAZ QILAN SEXSEM GECE YATIB YUXUDA OLMUS NENEMI GORDUM GOYDEN MELEK SEKLINDE ENDI QORXDUGUM UCUN ONA YAXIN GETMEDIM MENE OLDUKDEN SONRA EZAB CEKIREM DEDI ONA KOMEK ETMEYIMI YALVARARAQ SOYLEDI ONA FELEQ VE NAS SURELERINI OYRETMEYIMI ISTEDI VE MEN YUXUDAN AYILDIM 3 ILDIKI BU YUXU GOZUMUN QABAQINDAN GETMIR VE MEN NE ETMEYIMI BILMIREM ANCAQ BILIREM KI EZAB ICINDEYDI XAIS EDIREM KI MENE BIR MESLEHET VERESINIZ
Cavab: 

Aleykum salam. Ümumiyyətlə yuxulara görə dünyadan köçmüş heç bir kəsin nə qəbirdə nemət görməsinə, nə də əzab çəkməsinə qəti şəkildə hökm vermək olmaz. Çünki bu qeybi məsələdir. Qeybə aid olanları isə Allahdan başqa heç kəs bilmir. Sadəcə olaraq yuxuda ölən insanın nemət içində olduğunu gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Ölən insanın əzab çəkdiyini gördükdə isə onun üçün Allahdan bağışlanma diləmək lazımdır. Həmçinin, bilmək lazımdır ki, bəzi insanlar günahlara görə qəbirdə əzab çəkərək günahlardan təmizlənə bilirlər. Daha ətraflı: Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?

Paylaş: