Qəsdən yalan danışmaq orucu batil edirmi?
Sual:
Salam. Bilərəkdən yalan danışmaq orucu batil edir? Amma adi bir yalan, yəni heç kimə zərəri olmayan.
Cavab:
Aleykum salam. Ümumən yalan danışmaq böyük günahlardan hesab olunur. Ancaq bu hal orucu pozmur. Sadəcə savabını azalda bilər. Odur ki, hər bir halda yalan danışmaqdan çəkinmək lazımdır. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?