Yuxuda gördüyüm şəxsin Məhəmməd peyğəmbər olmasına necə əmin ola bilərəm?

    28.08.2014
Sual: 
men nece emin ola bilerem ki heqiqeten yuxuda peygember efendimizi gormusem yeni bu seytan isi deyil
Cavab: 

Salam aleykum. Peyğəmbəri (salləllahu aleyhi və səlləm) yuxuda görmək çox gözəl bir haldır və bu, hər kəsə nəsib olmur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim yuxuda məni görsə, həqiqətən də, məni görmüş olar. Çünki şeytan mənim simamda görünə bilmir".
Qeyd etmək lazımdır ki, şeytan peyğəmbərin simasında görünə bilməsə də, ancaq başqa bir görünüşdə adamın yuxusuna girib özünü peyğəmbər kimi təqdim edə bilər. Elə bu səbəbdən də peyğəmbəri tanımayan bir çox avamlar yuxuda şeytanı gördükdən sonra özlərinə vergi verildiyini iddia edir və haqqı tapdıqlarını güman edirlər. Lakin özləri də hiss etmədən, ancaq özləri özlərini aldadırlar. Bu səbəbdən gördüyünün həqiqi peyğəmbər olduğuna əmin olmalısan. Bunun üçün Rəsulullahın vəsfləri məqaləsini oxuyun.

Paylaş: