İndiki dövrdə aramızda insan cildinə girmiş mələklər yaşayırmı?

    29.08.2014
Sual: 
esselamun aleykum men size bele bir sual vermek isdeyirem indiki zemanede insan lar arasinda insan cildinde melek yasayirmi? ve qarsima bele bir insan cixarsa nece bilmek olar? xahis edirem sualimi tez cavablandirasiniz ve melekle aile qurmaq bu mumkundurmu?
Cavab: 

Aleykum salam. Hal-hazırda belə şey olması haqqında şəriətdə heç bir məlumat yoxdur. Keçmişdə olması haqqında isə Quranda bəzi hekayələr var, məsələn:
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı? Onlar onun yanına daxil olub: "Sənə salam olsun!"– dedilər. İbrahim: "Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!"– dedi. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. Onu qabaqlarına qoyub: "Yemək yeməyəcəksinizmi?"– dedi. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: "Qorxma!"– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər. Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: "Axı mən sonsuz qoca qarıyam!" Onlar dedilər: "Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!" İbrahim dedi: "Sizin işiniz nədir, ey elçilər?"Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik ki, onların üstünə gildən daşlar yağdıraq – həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!" (əz-Zəriyət, 24-34)
Həmçinin oxuyun: Mələklər haqqında

Paylaş: