Məkkəyə hansı əməl sahibi olan insanlar gedə bilərlər?

    30.08.2014
Sual: 
salam aleykum.Mekkeye nece insan gede biler?yaniki emmeleri nece olmalidi? kimlerle halalasmalidi?
Cavab: 

Aleykum salam. Məkkə şəhərində yerləşən, Allahın evi olan Kəbəni ziyarət etmək, imkanı olan hər bir müsəlmana zəruridir. Bunun üçün müsəlmanlar əməl baxımından heç bir kateqoriqaya bölünmür. Sadəcə imkanı olanlar üçün vacibdir.
Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, Əlbəttə, Allah aləmlərə möhtac deyildir.   (Ali İmran, 97). 
"Allah üçün həcc və ümrəni tam yerinə yetirin"(əl-Bəqrə, 196).

Paylaş: