Müsəlman toyu necə olmalıdır?
Sual:
Salam aleykum. Toyda musiqinin olmasi duzgundurmu ve esl muselman toyu nece olmalidir/ Salam aleykum
Cavab:
Aleykum salam. Müsəlman toyunun necə keçirilməsi haqda səhih hədislərdə xəbər verilir. Bildiyiniz kimi Uca Allah İslam dinini bütün xalqlara, millətlərə göndərmişdir. İslam yer üzərində asan və ən kamil dindir. İslam hər bir xalqın adət-ənənəsinə hörmətlə yanaşaraq toy, nişan və s. kimi mərasimlərin keçirilməsi üçün bir qayda olaraq müəyyən adət-ənənə tətbiq etməmişdir. İslam sadəcə olaraq qadağaları bəyan etmiş və onlara şərtlər təyin etmişdir. Ölkəmizdə keçirilən toy mərasimlərində daha çox yol verilən günah əməllər aşağıdakılardır:
- İçki vermək.
- İsrafçılıq
- Açıq saçıq geyimlər
- Kişilərlə qadınların bir məclisdə iştirak etməsi.
- Musiqi verilməsi.
- Yəhudi və xristianların adət-ənənələrindən istifadə edilməsi.