Qadın ailə quracağı şəxsdən keçmişdə yol verdiyi səhvləri gizlədə bilərmi?

    02.09.2014
Sual: 
Salam. Bir nəfər qız 20 yaşlarında anasının təkidi ilə ailə qurmaq məqsədilə görüşə gedib və görüşdə oğlan bunu öpüb. Həm də bu hal 3 dəfə baş verib. Qız hal-hazırda peşmandır. İndi onunla bir nəfər ailə qurmaq istəyir, lakin keçmişdə etdiyi səhvlərə görə illərlə əzab çəkib özünə zülm edən, o illərdən bəri heç kimlə görüşməyən bu xanım vicdan əzabı içərisindədir. Olub-bitənləri evlənəcəyi insana danışmaq istəyir, amma düzü biz razı deyilik, o özü də tərəddüd içərisindədir düzü, çünki heç kim ailə quracağı bir insanın yanında xar və biabır olmaq istəməz. İndi biz sizdən dini nöqteyi-nəzərdən məsləhət almaq istəyirik. Allah xatirinə islami cəhətdən bizə doğru olan yolu göstərin.
Cavab: 

Aleykum salam. Həmin şəxs Uca Allaha ürəkdən tövbə edib, bunu gizlədib ailə qura bilər. Həmçinin bunu bilənlər də gizlətməlidirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir müsəlmanın eybini örtərsə Allah taala qiyamət günü onun eyiblərini örtər". (əl-Buxari və Muslim).

Teqlər: 
Paylaş: