Evdə divardan kəbənin şəklini asmaq olarmı?

    04.09.2014
Sual: 
salam aleykum.bizim evde kebe sekli var ustunde de erebce yazilar var.bele bir sey asmaq olar evin divarindan?
Cavab: 

Aleykum salam. İslam dininə görə evdə divardan bu və buna bənzər şəkillər asmaq bəyənilmir. Çünki çox vaxt əksər insanlar bu cür şəkilləri və ərəbcə yazılan Quran ayələrini asmaqla onlardan xeyir-bərəkət umurlar. Lakin bilmək lazımdır ki, bu cür şeylər ilə bərəkət əldə olunmur. Bərəkət diləmək bir ibadətdir, ibadət isə yalnız Allaha məxsus edilir. Odur ki, bu cür şeyləri asmaqdan çəkinmək lazımdır, istər bu Kəbənin şəkli olsun, istər Allahın adları olsun, istərsə də Rəsulullahın adı və yaxud Qurani Kərimdən ayələr olsun. Səhabələr (Allah onlardan razı olsun) və onlardan sonra gələnlər belə etməmişlər.

Paylaş: