Şəhvətdən tamamilə imtina etmək və qadınların sünnət olunması barədə
Aleykum salam. Əvvəla şəhvət elə bir hisdir ki, bu hiss insanın fitrətində olur və bu hisdən tamamən imtina etmək mümkün deyil və bu dini baxımdan da düzgün sayılmır. Əslində şəhvət hissi özü bir nemətdir. Sadəcə bu hisdən düzgün şəkildə istifadə etmək lazımdır ki, sahibini günaha batırmasın. Düzgün istifadə isə yalnız evlənmək yolu ilə olur. Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) evinə 3 nəfər gəldi və birincisi dedi: mən daim ibadət edəcəyəm və yatmayacağam, digəri dedi: mən il boyu oruc tutacağam, üçüncüsü isə mən heç vaxt evlənməyəcəyəm. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu eşidəndə dedi: Vallahi, mən sizin ən çox Allahdan qorxanınızam, lakin mən gecənin bir qismi ibadət edir, bir qismini də dincəlirəm, ilin müəyyən günlərində oruc tutur və müəyyən günlərində isə tutmuram və nəhayət evlənirəm. Bu yolu tutmayanlar məndən deyildir". (əl-Buxari, 5063; Muslim, 1401; Hafiz ibn Həcər "Fəthul-Bari", 9/105-106).
Qadın sünnəti İslamdan əvvəl də edilirdi. İslam isə bunu qadağan etməyib. Amma bu, kişilərə buyurulduğu kimi vacib buyurulmayıb. Rəsulullah (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə buyurmuşdur: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq". (əl-Buxari, Muslim).