Yuxuda Allahın adı yazılmış boyunbağı görmək məna verir?
Salam aleykum. Ümumiyyətlə hicab, namaz Uca Allahın qadınlara vacib buyurduğu əməllərdəndir.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna etsin və onu istədiyi adamlara danışsın. Yox, əgər başqa bir xoşagəlməz yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda həmin yuxunun şərindən Allaha sığınsın və onu heç kəsə danışmasın. Belə etsə, o yuxu ona zərər verə bilməz". (Buxari, 6985).
Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Yuxuda görülən hadisələr rəmzi məna daşıya bilər. Ona görə də hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz. Daha ətraflı məlumat üçün bu məqaləni oxuyun: Yuxu haqqında