Peyğəmbərə verilən beş xislət

    31.12.2013

Rəvayət edilir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm Təbuk döyüşü olan ili gecə qalxıb namaz qıldı və səhabələrindən bir dəstə onu qorumağa toplaşdı. Namazı qurtardıqdan sonra onlara üz tutub buyurdu: “Bu gecə mənə məndən əvvəlki peyğəmbərlərdən heç birinə verilməyən beş xislət verildi. Məndən öncəki peyğəmbərlər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərildim. (Düşmənin qəlbinə salınan) qorxu ilə mənə yardım edilir, hətta mənimlə onlar arasında bir aylıq məsafə olsa belə qəlbləri qorxu ilə dolar. Mənə qənimətlər halal edildi, halbuki məndən əvvəlkilər qənimətləri götürməyi haram sayardılar, onlar qənimətləri (bir yerə toplayıb) yandırırdılar. Mənim üçün hər yer səcdəgah və pak edildi. Harda namazın vaxtı girsə, təyəmmüm edib namaz qıla bilərəm. Məndən əvvəlkilər isə bunu etməyi haram görürdülər. Onlar yalnız kilsələrdə və məbədlərdə namaz qılırdılar. Beşincisi isə odur ki, Qiyamət günü mənə: “İstə”- deyiləcək. Həqiqətən, hər bir peyğəmbərin istəyi olmuşdur, mən isə istəyimi Qiyamət günü sizin və “lə iləhə illəllah” şəhadət verən kəslər üçün saxlamışam”.

Paylaş: