Peyğəmbərlərin səhvi olubmu?
Sual:
Salam aleykum. Peygemberlerin sehvi olubmu? Allah razi olsun.
Cavab:
Va aleykum Salam. Bütün peyğəmbərlər, xüsusilə də peyğəmbərlərin sonuncusu, Adəm övladının ağası Muhəmməd Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın əhkamlarını insanlara təbliğ etmək məsələsində səhv etməkdən məsumdurlar. Uca Allah bu xüsusda buyurur: "And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi". (ən-Nəcm, 1-5).
Bu və digər dəlillərə əsaslanaraq İslam alimləri peyğəmbərlərin (Allahın onlara salamı olsun) dini məsələlərdə, yəni Allahın şəriətini çatdırmaqda səhv etmədikləri barədə yekdil fikirdədirlər. Dünyəvi məsələlərdə isə peyğəmbərlər səhv edə bilərlər, lakin bu səhv dərhal Allah tərəfindən düzəldilir. Səhih bir hədisdə varid olmuşdur ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bir dəfə xurma ağaclarının ətrafında toplaşan bir dəstə adamın yanından keçirdi. O, səhabələrindən: "Onlar nə edirlər?" deyə soruşdu. Ona: "Xurma ağaclarını tozlandırırlar. Erkək xurmanının çiçəyini dişi xurmanın çiçəyinə qoyurlar!" - deyə cavab verildi. Peyğəmbər buyurdu: "Əgər bunu etməsələr, məncə bir zərəri olmaz" Onlara bu xəbər çatdırıldıqda, onlar bu cür etməyi tərk etdilər. Həmin il xurma bar vermədi və cır oldu. Peyğəmbərə bu barədə xəbər verildi və o belə buyurdu: "Əgər bu onlara fayda verirdisə, gərək edərdilər, mən yalnız belə zənn etdim (Başqa bir rəvayətdə: "Mən bəşərəm"). Siz dünya işlərinizi məndən daha yaxşı bilirsiniz. Lakin, mən sizə Allahdan bir şey danışsam, onu götürün! Həqiqətən, mən Allahın adından yalan danışan deyiləm!" (Səhih Muslim, 2363).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu hədisdə bildirdi ki, insanlar dünyəvi işləri ondan daha yaxşı bilirlər. Bu səbəbdən peyğəmbərlər Allahın şəriətini təbliğ edərkən səhv etməkdən, öz səhvləri üzərində qalmaqdan, onların doğruluqlarına xələl gətirən hər bir səhvdən məsumdurlar (qorunurlar). Lakin öz görüşləri ilə qərara gəldikləri məsələlərdə səhv edə bilərlər. Bu səhvlər isə dərhal Uca Allah tərəfindən düzəldilir. Məsələn Nuh peyğəmbər (Allahın ona salamı olsun) tufandan sonra Allahdan oğlunu qaytarmasını dilədi. Uca Allah onun bu səhvini düzəldərək buyurdu: "Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”. O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram". (Hud, 46-47).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz qərarı ilə balı özünə haram etmişdi. Uca Allah buyurdu: "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən?! Allah Bağışlayandır, Rəhmlidir".
Buna görə də ümumi olaraq və izah verilmədən "peyğəmbərlər səhv ediblər" demək batil bir sözdür. Bu məsələnin izaha ehtiyacı vardır. Görkəmli İslam alimi İmam Malik (Allah ona rəhmət etsin) Peyğəmbərin qəbrinə işarə edərək demişdir: "Bizim hər birimizin sözü qəbul olunmaya bilər, yalnız bu qəbrin sahibindən başqa". Çünki onun Allah barədə dediyi hər bir sözü haqdır. Həmçinin oxuyun: Peyğəmbərlər ən düzgün meyardırlar