Qadının kişi həkimin yanına getməsi düzgündürmü?
Sual:
Salam aleykum.Men xesteyem.Allergik astmadan mualice aliram.Amma kishi hekim meni yoxladi.Ozum namaz qilanam.Bu gunahdirmi?Bes eger qadin hicablidirsa,onda nece?Hekim menim koyneyimi qaldirib nefes almami yoxladi.Men bununla gunaha batmaqdan qorxuram.Tanidiqimiz yaxshi qadin hekim yox idi,bu hekimin yaxshi olduqunu soylediler.Xahish edirem tez cavablandirardiz,chox narahatam.
Cavab:
Aleykum salam. Qadın həkimlər ola-ola qadının kişi həkim yanına getməsinə icazə verilmir. Sizin xəstəliyiniz müalicəsi ilə məşğul olan qadın həkim tapmaq elə də çətin deyil. Sadəcə soraqlaşıb axtarmaq lazımdır. Zəruri hallarda qadının kişi həkimlərə müraciət etməsinə icazə verilir. Amma bunun həqiqətən zərurət olması tam dəqiqləşdirilməlidir. Ümumən ürək əməliyyatları və başqa buna bənzər ağır xəstəliklər olanda qadının bu sahədə məşhur olan kişi həkimlərə müracitə etməsi icazəli sayılır.