İsa peyğəmbəri yuxuda görmək nə məna verir?

    08.09.2014
Sual: 
salam aleykum. bagislayin men bir sual vermisdim ama cavab gelmedi. isa peygember baresinde. bir muddet evvel yuxuda onu gormusdum.oturmusdum ve arxdan kiminse yaxinlasdigini ve aramizda sesinin esidilmesine gore bir nece metr mesafe olardi.ramazan ayiydi,menim adimi cekdi ve gelmisem ya da gelirem deqiq yadimda deyil bele bir cumle isletdi.men ne arxaya baxa ne de cavab vere bilmirdim.donub qalmisdim elebil.ama adini cekmedi yalniz isa mesih oldugunu bilirdim tam eminlikle. bilmek isterdim bu bir seytani yuxu ola bilermi? bildiyime gore yalniz muhammed {sas} in cildine gire bilmez seytan.
Cavab: 

Aleykum salam. Yuxu yozumu ilə bağlı bizə çoxlu suallar gəlir. Bununla bağlı bildirmək istəyirik ki, hər kəs yuxu yoza bilməz, həmçinin yuxunu mütləq yozmağı və yuxularla hərəkət etməyi də Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə buyurmayıb. "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (əl-Buxari, 6985). Daha ətraflı: Yuxu haqqında

Paylaş: