Uşağın yıxılmasını kəsilməmiş nəzir qurbanı ilə əlaqələndirmək olarmı?

    11.09.2014
Kimdən: 
gunel
Sual: 
salam. menim ovladim dunyaya gelende anam onuncun qurban demisdi. ancaq hele kesdirmeyib usagin artiq 2 yashi olacaq. bir de ushaq tez tez yixilir daha cox bashi deyir. deyirler qurbani var yeqin ona gore. umumiyyetle usagin yixilmagini qurbanla elaqelendirmek duzgundur? meselen deyirler bicaq yer dushub duz dayananda da o demekdir ki kesilmemish qurbanin var. bir de zehmet olmasa deyerdiz qurbanin kesdirilmesinin gecikdirilmesi gunahdir? ushaqcun deyilmish qurbani qurban bayraminda kesdirmek nece olarmi??
Cavab: 
Aleykum salam. Bu növ nəzirlərin deyilməsi bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə "paxılın nəziri" demişdir. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə (məsələn, oruc, namaz, həcc, ümrə və s. buna bənzər əməllərlə) nəzir etmək olar. Deyilən nəziri imkan daxilində mütləq yerinə yetirmək lazımdır: "Sözsüz ki, itaətkarlar kafur qatılmış badələrdən nuş edəcəklər. (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar". (əl-İnsan, 5-9).
Rəsulallah (salləlahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın". (Səhih əl-Buxari, 6696).
Uşağın yıxılmasının isə qurban nəzir etmə ilə heç bir əlaqəsi yoxdur. Daha ətraflı: Bəd əlamətlərə inanmaq doğrudurmu?   
Həmçinin qeyd edək ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) uşaq anadan olanda onun üçün əqiq deyilən qurban kəsliməsini buyurmuşdur. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilir. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Doğulmuş uşaqla yanaşı əqiqi var. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin". (İbn Məcəh, 2/1056, №: 3163). 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Doğulmuş hər bir uşaq "əqiqinə" bağlıdır. Yeddinci gün əqiq kəsilir, saçı qırxılır və ad qoyulur". (Sunən ət-Tirmizi, 1522).

 

Teqlər: 
Paylaş: