"Sələf" və "saleh" sözlərinin mənası nədir?

    12.09.2014
Sual: 
Salam Aleykum..Selef ve saleh sozunun menasi nedir??? Uwaga selef ve ya saleh ad qoymaq olarmi??? Bunlar din adlaridi??Saleh adinda sehabe varmi ve onun haqda???
Cavab: 

Aleykum salam. Sələf sözünün mənası “əvvəl gələnlər” deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün “sələf” sayılır. Məsələn, nəsildə sələf insanın atası, babası və s. sayılır.  Saleh sözünün mənası isə gözəl, xeyirxah, yaxşı, haqq olan və s. deməkdir.
Bu adları uşaqlara qoymaq olar. Həmçinin islamda uşağa dini ad qoymaq vacib buyurulmamışdır. Əsas şərt odur ki, qoyulan adların mənası gözəl olsun.
Saleh adında səhabənin olması haqqında məlumatımız yoxdur. Amma Saleh adında peyğəmbər olub. Uca Allah buyurur: "Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Ya­­xındır, (çağırışa) cavab verəndir”. (Hud, 61).

Paylaş: