Hədis və ayə ziddiyyəti, yoxsa anlaşılmazlıq?

    13.09.2014
Sual: 
Assalamualeykum. belə bir hədis var ki rəssamlar cəhənnəm əhlidir.Amma Allahu Təala da buyurb ki mən isdədiyim qulumu bağışlayar isdədiyimi cəzalandıraram.mən də biraz şübhə yarandıki hədisdə qəti hökm var.ama ayədə də deyilir ki bağışlanma ehfimalı hərkəsin ola bilər.bun aydınlıq gətirə bilərsiz?
Cavab: 
Aleykum salam. Hədislər və ayələr ziddiyət təşkil etmir, əksinə, bir-birini tamamlayır və izah edir. Hədisdə ruhu olan məxluqların (insan, heyvan və s.) şəklini çəkməyin Cəhənnəmə aparan günah olduğu bildirilir.
Rəvayət edilir ki, bir dəfə bir nəfər ibn Abbasın yanına gəlib dedi: "Ey Əbu Abbas, mən insanam; mənim dolanışığım əl işlərimdən çıxır; mən bu rəsmləri çəkirəm". İbn Abbas dedi: "Mən sənə ancaq Peyğəmbərdən eşit­diyimi danışaca­ğam. Mən onun belə dediyini eşitmişəm: "Kim rəsm çə­kər­sə, (o adam) həmin rəsmə ruh üfürənə qədər Allah ona əzab verər. O isə heç vaxt ona ruh üfürə bilməyəcək". O adam dərindən ah çəkdi və (qor­xudan) onun rəngi saraldı. İbn Abbas dedi: “Ay biçarə! Çəkmək istəyirsənsə, ağac və başqa cansız şeylərin şəklini çək". (Səhih əl-Buxari, 2225).
Amma Uca Allah bu və digər böyük günahları edənlərdən istədiklərini bağışlayacağını bildirib: "Şübhə­siz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisa, 48).
Teqlər: 
Paylaş: